Birlikdə İnkişaf, Birlikdə Uğur – AKA
Azərbaycan Konsaltinqlər Assosiasiyası (AKA) Azərbaycan Konsaltinqlər Assosiasiyası (AKA), ölkəmizdə konsaltinq sənayesinin inkişafını, peşəkar fəaliyyət standartlarının formalaşdırılmasını və yerli məsləhətçi kadrların potensialının gücləndirilməsini əsas məqsəd kimi müəyyənləşdirmişdir. Assosiasiya, təlim, məsləhət və layihə xidmətləri göstərən şirkətlərin peşəkar səviyyəsinin yüksəldilməsinə, sektor daxilində şəffaf və effektiv əməkdaşlıq mühitinin yaradılmasına yönəlmiş fəaliyyət həyata keçirir. AKA, həm dövlət, həm də özəl sektor üçün etibarlı tərəfdaş kimi çıxış edərək, konsaltinq xidmətlərinin keyfiyyətinin artırılması və Azərbaycanın iqtisadi inkişafına töhfə verən dayanıqlı konsaltinq ekosisteminin formalaşdırılmasını hədəfləyir.