Azərbaycan Konsaltinqlər Assosiasiyası · 2023-cü ildən

Azərbaycan Konsaltinqlər Assosiasiyası

Bilik, təcrübə və inkişaf üçün bir aradayıq.

Üzvlük üçün müraciət
01 / 04
Təsis edilib
1 oktyabr 2023
Ünvan
8 Noyabr 107, Xətai, Bakı, AZ1025
Əlaqə
office@aka.org.az
Fəaliyyət istiqamətləri

Fəaliyyətlərimiz

Konsaltinq ekosistemini gücləndirən altı istiqamətdə peşəkar dəstək.

01

Strateji Konsaltinq

Şirkətlərin uzunmüddətli inkişafı üçün strateji planlaşdırma, bazar təhlili və rəqabət üstünlüyü yaradan həllər təqdim edirik.

02

Dövlət və Özəl Sektorla Körpü Xidmətləri

Dövlət qurumları və özəl sektor arasında institusional dialoqu gücləndirən platformalar və təkliflər paketi formalaşdırırıq.

03

Üzvlər üçün Şəbəkələşmə İmkanları

Assosiasiya üzvləri üçün müxtəlif təcrübə və bilik mübadiləsinə şərait yaradır, peşəkar əlaqələr qururuq.

04

Hüquqi və Tənzimləyici Dəstək

Üzvlərimizi qanunvericilikdəki dəyişikliklər barədə məlumatlandırır, normativ-hüquqi tələblərə uyğun fəaliyyət göstərmələrinə kömək edirik.

05

Tədqiqat və Analitik Hesabatlar

Sahə üzrə aktual trendlər, bazar ehtiyacları və tənzimləyici mühitlə bağlı dərin təhlil və analitik hesabatlar hazırlayırıq.

06

Peşəkar Təlim və Sertifikasiya

Konsaltinq sahəsində çalışan mütəxəssislər üçün yerli və beynəlxalq standartlara uyğun təlim proqramları və sertifikasiya imkanları təqdim edirik.

Haqqımızda

Missiyamız

Konsaltinqdə peşəkarlığın ünvanı — dövlət və özəl sektor üçün etibarlı tərəfdaş.

Ətraflı

Azərbaycan Konsaltinqlər Assosiasiyası (AKA), ölkəmizdə konsaltinq sənayesinin inkişafını, peşəkar fəaliyyət standartlarının formalaşdırılmasını və yerli məsləhətçi kadrların potensialının gücləndirilməsini əsas məqsəd kimi müəyyənləşdirmişdir.

Məqsədlərimiz

  1. Təlim və məsləhət xidmətləri göstərən şirkətlərin peşəkar səviyyəsinin yüksəldilməsi
  2. Konsaltinq sahəsində ixtisaslı kadr potensialının inkişafı
  3. Sahədə effektiv əməkdaşlıq mühitinin qurulması
  4. Yerli və beynəlxalq bazarda rəqabətədavamlı, innovativ və etibarlı konsaltinq mühitinin formalaşdırılması
Rəhbərlik

İdarə Heyəti

Assosiasiyanın idarəetməsini həyata keçirən İdarə Heyətinin üzvləri.

  • Assosiasiyanın ümumi fəaliyyətinə rəhbərlik edir, strateji qərarların qəbulunda əsas rol oynayır və AKA-nı yerli və beynəlxalq platformalarda təmsil edir. Uzun müddət Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında Layihələr Departamentinin direktoru vəzifəsini icra etmişdir. Bununla yanaşı GM Consulting şirkətinin təsisçisidir.

    Rəhbərlik

    Quliyeva Əminə Məmmədovna

    Sədr

    Assosiasiyanın ümumi fəaliyyətinə rəhbərlik edir, strateji qərarların qəbulunda əsas rol oynayır və AKA-nı yerli və beynəlxalq platformalarda təmsil edir. Uzun müddət Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında Layihələr Departamentinin direktoru vəzifəsini icra etmişdir. Bununla yanaşı GM Consulting şirkətinin təsisçisidir.

  • Assosiasiyanın İdarə Heyətinin üzvüdür. Hal-hazırda Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İdarə Heyətinin sədri vəzifəsini icra edir.

    Rəhbərlik

    Şahbazova Günay Fizuli qızı

    Üzv

    Assosiasiyanın İdarə Heyətinin üzvüdür. Hal-hazırda Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İdarə Heyətinin sədri vəzifəsini icra edir.

  • Maliyyə və inzibati məsələlər üzrə tövsiyələr verir, AKA-nın büdcəsinin formalaşmasına və icrasına nəzarət edir. Credence Consulting şirkətinin təsisçisidir.

    Rəhbərlik

    Qurbanov Namiq

    Üzv

    Maliyyə və inzibati məsələlər üzrə tövsiyələr verir, AKA-nın büdcəsinin formalaşmasına və icrasına nəzarət edir. Credence Consulting şirkətinin təsisçisidir.

  • Təlim və peşəkar inkişaf proqramlarının hazırlanması və icrasına rəhbərlik edir. Hal-hazırda Falcon Consulting şirkətinin direktoru vəzifəsini icra edir.

    Rəhbərlik

    Qədimli Şahin

    Üzv

    Təlim və peşəkar inkişaf proqramlarının hazırlanması və icrasına rəhbərlik edir. Hal-hazırda Falcon Consulting şirkətinin direktoru vəzifəsini icra edir.

  • Beynəlxalq əməkdaşlıq və layihələrin inkişafı üzrə məsuliyyət daşıyır, xarici tərəfdaşlarla əlaqələrin qurulmasına dəstək verir. Hal-hazırda Gənclərin İnkişafı Naminə İctimai Birliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edir.

    Rəhbərlik

    Cəfərli Rəvan

    Üzv

    Beynəlxalq əməkdaşlıq və layihələrin inkişafı üzrə məsuliyyət daşıyır, xarici tərəfdaşlarla əlaqələrin qurulmasına dəstək verir. Hal-hazırda Gənclərin İnkişafı Naminə İctimai Birliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edir.

  • Hüquqi tənzimləmə, müqavilələr, daxili qaydalar və normativ sənədlərin hazırlanması sahəsində fəaliyyət göstərir. AKA-nın hüquqi maraqlarının qorunmasına dəstək verir. Hal-hazırda Femida Vəkil Bürosunun direktoru vəzifəsini icra edir.

    Rəhbərlik

    Məmmədov Pənah

    Üzv (Hüquq məsələləri üzrə)

    Hüquqi tənzimləmə, müqavilələr, daxili qaydalar və normativ sənədlərin hazırlanması sahəsində fəaliyyət göstərir. AKA-nın hüquqi maraqlarının qorunmasına dəstək verir. Hal-hazırda Femida Vəkil Bürosunun direktoru vəzifəsini icra edir.

  • HR sahəsində ixtisaslaşıb; insan kapitalının inkişafı, kadrların seçimi və peşəkar yönləndirilməsi ilə bağlı təşəbbüsləri həyata keçirir. AKA-nın resurs siyasətinin formalaşdırılmasında iştirak edir. Hal-hazırda HRcell şirkətinin direktoru vəzifəsini icra edir.

    Rəhbərlik

    Əliyev Ağahüseyn

    Üzv (İnsan Resursları üzrə)

    HR sahəsində ixtisaslaşıb; insan kapitalının inkişafı, kadrların seçimi və peşəkar yönləndirilməsi ilə bağlı təşəbbüsləri həyata keçirir. AKA-nın resurs siyasətinin formalaşdırılmasında iştirak edir. Hal-hazırda HRcell şirkətinin direktoru vəzifəsini icra edir.

Üzvlər və tərəfdaşlar

Üzv təşkilatlar

Assosiasiyanın üzvü olan və əməkdaşlıq etdiyi təşkilatlar.

Üzvlər və tərəfdaşlar

Xəbərlər

Son xəbərlər

Bütün xəbərlər
28 may 2025 Xəbər

Azərbaycan Konsaltinqlər Assosiasiyası: xidmət sektorunun yeni nəfəsi

2023-cü il 1 oktyabr tarixində təsis edilmiş Azərbaycan Konsaltinqlər Assosiasiyası (AKA) ölkədə biznes mühitinin davamlı inkişafına dəstək göstərmək və xidmət sektorunda keyfiyyət əsaslı transformasiyanı təşviq etmək məqsədilə fəaliyyət göstərir.

Assosiasiyaya üzv olun

Üzvlük şərtləri və müraciət qaydası barədə məlumat almaq üçün bizimlə əlaqə saxlayın.

Müraciət et